1 fevral 2026. Bazar günü

UEFA-dan tarixi təyinat


UEFA-dan tarixi təyinat

Çelsi və Liverpul arasında keçiriləcək UEFA Superkuboku oyununu qadın hakim idarə edəcək.

Corner.az xarici KİV-lərə istinadən xəbər verir ki, matç Fransa Futbol Federasiyasından Stefani Frapparta həvalə olunub.  Bununla da tarixdə ilk dəfə olaraq UEFA turnirində kişilərdən ibarət turnirin matçını qadın hakim idarə edəcək. 

35 yaşlı fransalı hakim bundan əvvəl “Liqa 1”da keçirilən “Amyen” - “Strasburq” oyununda hakimlər briqadasında yer alıb. Baş hakimin köməkçiləri də qadınlar - Manuela Nikosi və Mişel O`Nil olacaq. Yalnız dördüncü hakim vəzifəsini kişi referi - türkiyəli Cüneyt Çakır icra edəcək.

Qeyd edək ki, UEFA Superkubokunun oyunu avqustun 14-də İstanbulun “Beşiktaş Park” stadionunda keçiriləcək.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO