12 sentyabr 2024. Cümə axşamı

AFFA-nın bayrağı altında təşkil edilən liqalarda mövsümün püşkü atılıb


AFFA-nın bayrağı altında təşkil edilən liqalarda mövsümün püşkü atılıb

AFFA-nın bayrağı altında təşkil edilən U-15, U-16, U-17 və Gənclər Liqasında 2024/2025-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.

90deqiqe.Az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, U-15 və U-16 Liqasının hər birində 15 komanda çıxış edəcək.

Komandalar A qrupu (15 komanda) və Naxçıvan Muxtar Respublikası üzrə B qrupu olmaqla iki qrupa bölünüblər. Birinci mərhələ 2 dövrədən ibarət olmaqla dairəvi sistemlə keçiriləcək. B qrupundakı komandaların bölgüsü Naxçıvan Muxtar Respublikası üzrə iştirak edən kollektivlərdən formalaşdırılır. Bu yaş qruplarının A qrupunda ilk 7 yerin, B qrupunda isə 1-ci yerin sahibi final mərhələsində ev-səfər prinsipinə əsasən pley-off sistemi ilə yenidən qarşılaşacaqlar.

U-17 və Gənclər Liqası isə 3 dövrədən ibarət olacaq. U-17 Liqasında 15 komanda, Gənclər Liqasında 13 komanda mübarizə aparacaq.







Xəbər news

Təbrik
  • Xəbər news
  • 02:49 02.09.2024
Təbrik