1 fevral 2026. Bazar günü

Messi'yə ağır cəza


Messi'yə ağır cəza

Cənubi Amerikanın Futbol Federasiyası (CONMEBOL) Argentina millisinin hücumçusu Lionel Messiyi üç aylıq cəzalandırıb.

Corner.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu qərarın verilməsinə futbolçunun Braziliyada keçirilən Amerika kuboku oyunları zamanı onun Cənubi Amerika futbol məmurlarını tənqid etməsi səbəb olub. O, məmurları ev sahibi olan komandanın qalibiyyəti üçün əllərindən gələni etməkdə ittiham edib. Messinin fikrincə, çempionatda hakimlər Argentina millisinə qarşı qərəzli olublar.

Qərarın noyabrın 3-dək qüvvədə olduğu müddətdə Messi milli komandanın Çili, Meksika və Almaniyaya qarşı keçirəcəyi matçları buraxmalı olacaq.

"Barselona"nın forvardı həmçinin 50 min dollar məbləğində cərimə ödəməli olacaq.

Daha əvvəl Messi Amerika Kuboku çərçivəsində Çili ilə üçüncü yer uğrunda keçirilən matçda qırmızı vərəqə alması səbəbindən martda DÇ-2022-nin birinci təsnifat mərhələsi oyununu buraxacağı bəlli olmuşdu.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO