26 mart 2026. Cümə axşamı

Şeydayev Spartak'la oyundan danışdı


Şeydayev Spartak'la oyundan danışdı

Bu gün Rusiya Premyer Liqasıın 4-cü turunda millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Dinamo” Moskva derbisində “Spartak”ın qonağı olacaq.

Corner.az xəbər verir ki, oyun öncəsi yerli mətbuata açıqlama verən Şeydayev matçı səbirsizliklə gözlədiyini söyləyib.

O qeyd edib ki, son turda qazandıqları qələbə bütün həftə ərzində onlarla müsbət emosiyalar yaratdı. “Bu,“Spartak”la derbidə bizə kömək etməlidi. Prinsipial oyuna hazırlaşırıq və qazanmaq istəyirik”.
 
“Spartak” – “Dinamo” matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

3 oyundan hərəyə 4 xal toplayan “Dinamo” və “Spartak” turnir cəvdəlində müvafiq olaraq 7-10-cu yerləri bölüşdürürlər.







Xəbər news