26 mart 2026. Cümə axşamı

Bravo'dan xeyirxah addım


Bravo'dan xeyirxah addım

Mançester Siti”nin qapıçısı Klaudio Bravo vətəni Çilidə xeyirxah addım atıb.

Corner.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, o, meşə yanğınları zamanı evlərini itirən dörd ailəyə mənzil hədiyyə edib.

2017-ci ildə baş verən həmin yanğınlar zamanı 11 nəfər həlak olub, 3 min ev sıradan çıxıb. Hadisədən bir müddət sonra zərər çəkən ailənin Kamilo adında 9 yaşlı oğlan uşağı Bravoya müraciət edərək ona avtoqraflı formasını bağışlamağı xahiş edib. Futbolçu isə nəinki bu xahişi yerinə yetirib, Kamilonun ailəsi də daxil 4 ailəyə mənzil bağışlayıb.

“Hadisədən sonra mənim nəvəmdən müsahibə götürdülər. O dedi ki, Bravonun formasını istəyir. Bundan sonra Klaudio bizimlə əlaqə saxladı. Həm forma, əlavə olaraq da ev verdi” – deyə Kamilonun babası Miqel bildirib.







Xəbər news