6 dekabr 2025. Şənbə

Rüfət Dadaşov ilk qolunu vurdu


Rüfət Dadaşov ilk qolunu vurdu

Millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen"də bu mövsüm ilk qolunu vurub.

Cornrr.az-ın məlumatına görə, o, Almaniya üçüncü bundesliqasının 4-cü turunda  "Kayzerslautern"ə 3:2 hesabı ilə qalib gəldikləri ev matçında komandasının bərabərlik qolunu vurub. Rüfət start heyətdə  meydana daxil olub və görüşün sonuna qədər oynayıb. Dadaşov 26-cı dəqiqədə sarı vərəqə alıb.

"Proyssen" - "Kayzerslautern" - 3:2 
Qollar:
 Pik, 45 (0:1), Rüfət Dadaşov, 51 (1:1), Thiele, 75 (1:2), Şerder, 77 (2:2), Qrill, 85-avtoqol (3:2)

Qeyd edək ki, 4 turdan sonra 7 xalı olan "Proyssen" 6-cı pillədə qərarlaşıb.







Xəbər news