16 sentyabr 2024. Bazar ertəsi

Futbolun İnkişaf Fondu və “Bizon” arasında müqavilə imzalanıb


Futbolun İnkişaf Fondu və “Bizon” arasında müqavilə imzalanıb

Regionlarda futbolun daha da inkişafı, əhalidə oyunlara maraq yaratmağın və oyunlarda iştirakın təşviqi məqsədilə Futbolun İnkişaf Fondu ilə “Bizon” arasında müqavilə imzalanıb.

Fonddan 90deqiqe.Az-a bildirilib ki, tərəfdaşlıq müqaviləsini fondun biznesin inkişafı üzrə şöbə müdiri Babək Sarıvəlili və “Avrora” MMC-nin sərinləşdirici içkilər şöbəsinin rəhbəri Hikmət Axundov imzalayıblar.

Razılaşmaya əsasən, “Bizon” region futbol klublarının oyunları zamanı tamaşaçıların vaxtının səmərəli keçirilməsinə və oyunlara azarkeş marağının artırılmasına dəstək göstərəcək.

Məlumat üçün bildirək ki, 2016-cı ildə AFFA tərəfindən təsis olunan Futbolun İnkişaf Fondu 2022-ci ildən fəaliyyət çərçivəsini genişləndirərək region futbol klublarının dayanıqlı inkişafını təmin etmək, irs yaradılmasına nail olmaq və cəmiyyətin hər bir fərdinə bu prosesdə yaxından iştirak etmək imkanı yaratmaq məqsədini qarşısına qoyub.

“Bizon” güc və iradəni təcəssüm etdirən marka olaraq idman və əyləncə dünyasının liderlərindən biridir. Gənclərin qələbə əzmini dəstəkləyərək sponsor olduğu hər bir layihədə öz təsirini gücləndirir, xüsusi və unikal dadları ilə fərqlənir. “Meydan Sənindir” sloqanı ilə gəncləri idmana təşviq edir.







Xəbər news

Təbrik
  • Xəbər news
  • 02:49 02.09.2024
Təbrik