6 dekabr 2025. Şənbə

Paşayevin komandası uduzdu


Paşayevin komandası uduzdu

Ukrayna Premyer Liqasında 2-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Mariupol”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu görüşdən məğlub ayrılıb – 0:2.

Paşayev, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Aleksandriya” 12 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.







Xəbər news