İngiltərə Birinci Liqasında 2019/20 mövsümünə start verilib.
Corner.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət millimizin yarımmüdafiəçisi Serhat Taşdemirin bu yay transfer olunduğu “Piterboro Yunayted” də yeni mövsümdə ilk oyununa çıxıb.
Sözügedən komanda öz doğma meydanında “Flitvud”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlub ayrılıb – 1:3.
Serhat bu qarşılaşmada çıxış etməyib. O, sonadək ehtiyatda qalıb.