- Xəbər news
- 15:12 27.11.2025
İtaliya A Seriyasının 12-ci turu çərçivəsində keçirilən Milan - Juventus (0:2) qarşılaşmasından sonra maraqlı hadisə yaşanıb.
Corner.az Goal.az-a istinadən xəbər verir ki, oyundan sonra baş verən hadisə sosial şəbəkələrdə geniş şəkildə yayılıb. Belə ki, meydan sahiblərinin 18 yaşadək heyətinin futbolçusu Raul Bellanova qonaqların superulduzu Kriştiano Ronaldo ilə foto çəkdirib və bunu sosial şəbəkə hesabında paylaşıb. 18 yaşlı futbolçu həyəcandan şəkilə diqqətlə baxmayıb. Belə ki, arxa fonda lüt Kyellini də fotoya düşüb. Bu paylaşım izləyicilərin diqqətini çəkib. Bellanova şəkili silsə də, artıq gec idi. Foto qısa müddətdə yayılıb və izləyicilərin gülüş hədəfinə çevrilib.