- Xəbər news
- 22:11 05.12.2025
“Tobol”un futbolçusu Emil Balayev Qazaxıstan çempionatının 21-ci turunda “Atırau” ilə qarşılaşdıqları matçdan sonra açıqlama verib.
Corner.az xəbər verir ki, klubun rəsmi saytına danışan milli komandamızın qapıçısı, 1:0 hesabıyla qələbə qazandıqları oyun haqda bunları deyib:
“Nəhayət ki, uğursuzluq başa çatdı, xeyli müddət idi ki, xal qazana bilmirdik. Bu oyuna ciddi yanaşdıq. Bizim üçün 3 xal vacib idi. Oyunu izlədiz, fədakar davrandıq, uşaqlar meydanda döyüşdülər.
İkinci hissədə qol imkanlarımız oldu, bundan yararlana bilsəydik, sonluq daha asan olardı. Rəqib təzyiqi artırmağa çalışdı, ancaq əks hücumlarda onlara yaxşı cavab verdik. Psixoloji baxımdan bizim üçün vacib qələbə idi”.