- Xəbər news
- 22:11 05.12.2025
Türyikədə təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün növbəti yoxlama matçını keçirib.
Corner.az xəbər verir ki, Elşad Əhmədovun komandası Superliqa təmsilçisi “Gənclərbirliyi” ilə üz-üzə gəlib. Matç Türkiyə təmsilçisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Sabah"ın qollarını Təmkin Xəlilzadə və Emil Qasımov vurub.
Qeyd edək ki, “Sabah” daha öncə "Konkordiya"ya (Rumıniya - 1:2) uduzub, "Kəmərspor" (Türkiyə - 2:1) və “Əl-Şəhaniyə”yə (Qətər – 3:2) qalib gəlib.
Yoxlama oyunu
5 avqust
18:00. “Gənclərbirliyi” – “Sabah” - 4:2
Qollar: Təmkin Xəlilzadə, 2. Emil Qasımov, 52