21 noyabr 2024. Cümə axşamı

COP29 və biz: nəyi necə etməliyik? - tövsiyələr


COP29 və biz: nəyi necə etməliyik?   -  tövsiyələr

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) tərəf olan ölkələrin müntəzəm olaraq bir araya gəldiyi konfransın builki ev sahibi Azərbaycandır.

Bu konfransın keçirilməsi qlobal iqlim dəyişikliyi ilə mübarizə üçün böyük əhəmiyyət kəsb edir. COP29 (Conference of Parties) konfransında qlobal əməkdaşlıq, öhdəliklərin izlənməsi, maliyyələşdirmə və texnologiya transferi kimi çoxşaxəli işlər aparılacaq.

Bütün dünyanın diqqətinin ölkəmizə yönəldiyi bir vaxtda ictimai maarifləndirmə ən vacib məsələdir desək, yanılmarıq. Odur ki, media vasitəsi ilə iqlim dəyişikliyi haqqında daha çox məlumat əldə etmək və bu istiqamətdə fəaliyyətə başlamaq təşviq edilməlidir. Müasir dövrdə hər bir sosial şəbəkə istifadəçisi həm də informasiya istehlakçısıdır. Buna görə də paylaşılan məlumatların dəqiq və etibarlı olması vacibdir. İstifadəçilər rəsmi mənbələrdən və etibarlı xəbər saytlarından əldə edilən məlumatları yaymaqla yanlış məlumat və şayiələrin qarşısını ala bilərlər. Bu həm də digər dezinformasiyanı məhdudlaşdırır.

COP29 çərçivəsində ölkəmizə 70 mindən çox qonaq gələcək. Bütün dünyanın diqqəti Azərbaycanda olacaq. Bu tədbir həm də ölkəmizin təqdimatıdır. Odur ki, hər birimiz son dərəcə diqqətli, məsuliyyətli olmalıyıq.

Bildiyimiz kimi, COP29-a müxtəlif ölkələrdən qonaqlar, ictimai təşkilatlar qoşulacaq. İqlim dəyişikliyinin qlobal xarakterini və ona qarşı mübarizədə müxtəlif yanaşmaları tezis şəklində paylaşmaqla da tədbirə dəstək vermək olar. Sosial şəbəkələrdə tez-tez rastlaşdığımız xoşagəlməz hallardan biri də köhnə şəkil və videoların yeni imiş kimi, yaxud da dezinformasiya kimi paylaşılmasıdır. Buna görə də istənilən materialın düzgün kontekstdə istifadə edilməsinə əmin olmalıyıq. Bu davranışlar sosial media istifadəçilərinin konfrans zamanı daha səmərəli və məsuliyyətli çalışmalarına, iqlim dəyişikliyi ilə bağlı qlobal maarifləndirməni artırmalarına kömək edir.

Məhbubə Mehdiyeva
Araşdırmaçı-sosioloq







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir