1 fevral 2026. Bazar günü

Məşhur hakim döyüldü


Məşhur hakim döyüldü

Xorvatiyalı FİFA referisi İvan Bebek ölkəsində fiziki təzyiqə məruz qalıb.

Corner.az xəbər verir ki, buna səbəb onun Xorvatiya çempionatının 3-cü turunda keçirilən “Hayduk” (Split) - “Lokomotiv” (Zaqreb) matçındakı qalmaqallı idarəçiliyi  olub.


Oyundan bir gün sonra  Bebek gecə klubu qarşısında bir qrup azarkeş tərəfindən döyülüb. Ciddi xəsarətlər alan tanınmış referi xəstəxanaya qaldırılıb. Onun həyati təhlükəsinin olmadığı bildirilib.

Xorvatiya Futbol Federasiyası məsələ ilə bağlı bəyanat yayıb. Cinayətkarların tezliklə tapılaraq cəzalandırılması üçün dövlət orqanlarına çağırış edilib.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO