- Xəbər news
- 01:00 22.01.2026
San-Paulo'nun yeni transferi Dani Alveş karyerasını başa vurmaq fikrində deyil.
Corner.az xarici mətbuata istinadən məlumat verir ki, 36 yaşlı futbolçunun Braziliya millisinin ilə bağlı hədəfləri bitməyib. Təcrübəli futbolçu 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına qatılmaq arzusunda olduğunu deyib: "San-Paulo"ya karyeramı bitirmək üçün yox, daha çox çalışmaq üçün gəlmişəm. Hələ hədəflərim çoxdur, ən böyük hədəfim isə San-Paulo ilə tarix yazmaqdır. Hədəfimin növbəti dünya çempionatında təkrar millidə çıxış etməyimi vurğulamaqdır".
Qeyd edk ki, karyerası ərzində 40 titul qazanan Dani Alveş son olaraq Braziliya millisi ilə birlikdə Amerika Kubokunu qazanmışdır.