1 fevral 2026. Bazar günü

Xavi özündən belə çıxdı - VİDEO


Xavi özündən belə çıxdı - VİDEO
Barselona'nın sabiq futbolçusu, hazırda Qətərin “Əl Sədd” klubunun baş məşqçisi Xavi emosional jesti ilə diqqət mərkəzinə düşüb.

Corner.az xəbər verir ki, o, Asiya Çempionlar Liqasının pley-off mərhələsində “Əl Duhail” ilə keçirilən matçda əsəblərinə hakim ola bilməyib və ayaqqabısını tribunaya tərəf atıb. 

1:1 hesabı ilə bitən oyunda hakimin rəqib qapısına penalti təyin etməməsindən narazı qalan ispaniyalı məşqçi etirazını bu cür bildirib. 

Qeyd edək ki, oyunçu karyerası ərzində qırmızı vərəqə almayan Xavi 1998-2015-ci illərdə  “Barselona”da çıxış edib. O, 2019-cu ilin mayında “Əl Sədd” klubunda futbolçu karyerasını başa vurduqdan sonra bu kluba baş məşqçi təyin edilib.





Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO