26 mart 2026. Cümə axşamı

APOEL baş məşqçisini göndərdi


APOEL baş məşqçisini göndərdi

APOEL baş məşqçisi Paolo Trametsani istefaya göndərib.

Corner.az-ın xəbərinə görə, bu barədə klubun saytı məlumat yayıb.  İtaliyalı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Kipr mətbuatı istefaya səbəb kimi komandanın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"a evdə 1:2 uduzmasının səbəb olduğunu göstərib.

Qeyd edək ki, P.Trametsani 2018-ci ildən APOEL-i çalışdırırdı.

Başqa bir xəbərə görə, “Qarabağ”la Bakıda avqustun 13-də keçiriləcək cavab matçına kimi komandanın baş məşqçisi vəzifəsinə  almaniyalı Tomas Dolun təyin ediləcəyi gözlənilir.  53 yaşlı T.Dolun sonuncu iş yer Almaniyanın “Hannover” klubu olub. O, müxtəlif  vaxtlarda “Borussiya” (Dortmund), “Gənclərbirliyi” (Türkiyə) və Macarıstanın “Ferensvaroş” komandalarında da çalışıb.







Xəbər news