26 mart 2026. Cümə axşamı

Braziliyalı futbolçu ağır cəzalandırıldı


Braziliyalı futbolçu ağır cəzalandırıldı

Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) Braziliya millisinin futbolçusu Qabriel Jesusu cəzalandırıb.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, qurum, Amerika kubokunun Peru ilə final matçında qırmızı vərəqə alan 22 yaşlı hücumçunu ağır cəzalandırıb. Braziliya millisinin 3:1 hesabı ilə qalib gəldiyi matçın 70-ci dəqiqəsində hakim tərəfindən meydandan qovulan Jesus, əsəblərinə cilovlaya bilməyərək, su şüşəsini təpikləyib, referinin mübahisəli epizodları izlədiyi ekrana isə yumruq vurub.

KONMEBOL gənc hücumçunu 2 ay müddətinə milli komandadan uzaqlaşdırıb və 30 min dollar pul cəzası verib.







Xəbər news