İranın Persepolis komandası, Asiya Çempionlar Liqasının finalı qisas matçında Yaponiyanın Kashima Antlers komandasını qonaq etdi. Qarşılaşmada İranlı qadın tərəfdarların olması diqqətləri çəkdi.
Corner.az xəbər verir ki, .İranda inqilabın üzərindən keçən 39 ilin ardından ilk dəfə stadionda qadınlar matç izləyə biliblər, qadın tərəfdarların matçlara girişinə icazə verilib.