- Xəbər news
- 21:58 14.03.2026
“Real”a keçəcəyi gözlənilən PSJ-nin futbolçusu Neymar “instagram” hesabından maraqlı paylaşım edib.
Corner.az xəbər verir ki, 27 yaşlı hücumçu “Real”ın baş məşqçisi Zinəddin Zidanla olan şəklini paylaşıb.
İspaniya və Braziliya mətbuatı Neymarın bu paylaşımı “Real”a transfer olacağı iddiasını gücləndirdiyini yazıb.
Qeyd edək ki, “Real”ın Neymar üçün PSJ-yə 120 milyon avro və Luka Modriçi təklif etdiyi iddia olunur