26 mart 2026. Cümə axşamı

2003-cü ildə mənimlə 50 klub maraqlanırdı - Ronaldo


2003-cü ildə mənimlə 50 klub maraqlanırdı - Ronaldo

Yuventus'un hücumçusu Kriştiano Ronaldo 2003-cü ildə “Sportinq”in heyətində “Mançester Yunayted”ə qarşı keçirilən oyun haqda maraqlı açıqlama verib.

Corner.az xəbər verir ki, Portuqaliya mətbuatına müsahibəsində Ronaldo həmin vaxt onu xeyli klub izlədiyini deyib:

“Həmin oyuna yaxşı köklənmişdim. Bilirdim ki, əgər yaxşı oynasam, nəinki “Mançester Yunayted”, digər klubların da diqqətini çəkəcəyəm. Çünki mənimlə çox klub maraqlanırdı. Doğrusu, bu oyunda qol vurmaq mənim üçün elə də vacib deyildi. Əgər vursaydım, mənimlə maraqlanan klubların sayı 100-ə çatardı, həmin vaxt isə bu rəqəm 50 idi.” 







Xəbər news