İngilis nəhəngi Chelseada forma geyən Fransız ulduz N'Golo Kante ilə əlaqədar Football Leaks sənədlərində diqqət çəkən bir iddia yer aldı. 27 yaşındakı Müsəlman futbolçu, klubunun böyük israrına baxmayaraq maaşının offshore hesabına yatırılması təklifini rədd etdi.
Dünya futbolunda böyük əks-səda oyandıran Football Leaks sənədləri, hər keçən gün ağla sığmaz iddiaları gündəmə gətirir.
Sənədləri analiz edən Mediapart adlı internet saytı, bu gün də Chelseanın Fransız ulduzu N'Golo Kante ilə əlaqədar gündəmə bomba kimi düşən bir xəbər yayımladı.
Bütün israrlarına baxmayaraq qəbul etmədi
Corner.az xəbər verir ki, Chelseanın 2016-ci ilin yazında Leicester City'dən transfer etdiyi futbolçusunun maaşını o dövrdə Jerseydəki özünə aid bir offshore hesabına yatırtmaq təklif etdiyi ancaq Kante'nin klubun bütün israrlarına baxmayaraq bu təklifi geri çevirdiyi ifadə edildi.