6 dekabr 2025. Şənbə

Mourinyo'nun yeni iş yeri


Mourinyo'nun yeni iş yeri

Portuqaliyalı mütəxəssis Joze Mourinyonun yeni iş yeri müəyyənləşib.

Corner.az xəbər verir ki, o, “Sky Sport” kanalında çalışacaq. Məlumatı telekanalın rəsmi saytı yayıb. Mourinyo yeni iş yerində ekspert studiyasına ilk dəfə avqustun 11-də sabiq klubları olmuş “Mançester Yunayted” ilə “Çelsi” arasındakı matç zamanı çıxacaq.

Qeyd edək ki, Jozenin məşqçi kimi son iş yeri 2018-ci ilin dekabrında istefaya göndərildiyi “Mançester Yunayted” olub. O, ötən il keçirilən dünya çempionatı zamanı isə RT kanalında ekspert kimi çalışıb.







Xəbər news