- Xəbər news
- 22:11 05.12.2025
Millimizin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen" yoxlama oyunu keçirib.
Corner.az-ın məlumatına görə, üçüncü bundesliqa təmsilçisi "Borussiya" ilə üz-üzə gəlib. Görüş Dortmund klubunun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Proyssen" 0-4 "Borussiya" (Dortmund)
Qollar: Balerdi, 24, Zaqadu, 77, Qötze, 85, 87
R.Dadaşov start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb.