6 dekabr 2025. Şənbə

Paşayevin komandasından ilk qələbə


Paşayevin komandasından ilk qələbə

Millimizin futbolçusu Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" Ukrayna Premyer Liqasında növbəti oyuna çıxıb.

Corner.az-ın məlumatına görə, komanda 3-ci turda "Olimpik Donetsk"lə qarşılaşıb və 2:1 hesabı ilə qələbə qazanıb. Bu "Aleksandriya"nın yeni mövsümdə ölkə çempionatında ilk qələbəsi olub.

P.Paşayev 81-ci dəqiqədə meydana daxil olub və 90+4-cü dəqiqədə sarı vərəqə ilə alıb.
 
Qeyd edək ki,  "Aleksandriya" 3 xalla 12 komanda arasında 10-cu yerdə qərarlaşıb.







Xəbər news