- Xəbər news
- 22:11 05.12.2025
Rusiya birinci liqasının 7-ci turunda azərbaycanlı futbolçu Kamran Əliyev qol vurub.
Corner.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu dövrdə bir neçə dəfə U-20 millimizdə çıxış edən Əliyevin komandası öz meydanında “Krasnodar-2”ni 3:1 hesabı ilə məğlub edib. 46-cı dəqiqədə meydana daxil olan futbolçumuz cəmi 2 dəqiqə sonra komandasının üçüncü qolunu vurub. Bu, həmçinin onun cari çempionatda üçüncü qolu olub.
Qeyd edək ki, bu qələbə sayəsində xalını 17-yə çatdıran “Ximki” liderliyi özünə qaytarıb.