- Xəbər news
- 22:34 14.11.2024
Sürpriz hadisələrin yaşandığı futbol tarixində oxuduqca təəcüblənəcəyiniz ən maraqlı 10 hadisəni sizlər üçün yığdıq.
Corner.az futbol tarixindəki ən maraqlı 10 hadisəni sizə təqdim edir...
· Əfsanəvi İngilis futbolçu Gary Lineker, 20 illik karyerasında heç vaxt sarı kartı almayıb.
· 2000-2001-ci il mövsümündə Bristol City-Brendford matçının ilk yarısında 23 dəqiqə əlavə vaxt oynanılıb və bu müddət ərzində 2 qol atılıb. Eyni matçda Bristolun qolçusu Lloyd Owusu'nun ayağı qırılıb və çiyini çıxıb.
· Paulo Araujo eyni matçda 5 dəfə kart görərək rekord qırıb. Hadisənin səbəbi, oyundan atılan Braziliyalı futbolçunun fikirli hakimə hiss etdirmədən matça davam etməsi idi.
· İngiltərə matçında 3-cü dəqiqədə öz qapısına qol vuran Paraqvaylı Carlos Gamarra, 'Öz qapısına ən erkən qol vuran futbolçu' olaraq tarixə keçib.
· 1957-ci ildə Charlton, 75 dəqiqə 10 adam oynadığı və son yarım saatına 5-1 məğlub girdiyi Huddersfield matçını 7-6 qazanıb.
· Willenhall Town və Ladies-Burton Brewers matçı, Guinness Rekordlar Kitabına girib. Orta hesabla hər 1,5 dəqiqədə 1 qol vuran Willenhall Town, matçı 57-0 qazanıb.
· 27 komanda dəyişdirən Lutz Pfannenstiel, 6 qitədə də oynayan tək futbolçu olub.
· Finlandiyanın unudulmaz oyunçularından Pentti, 1986-ci ildə öz qapısına 5 qol vurub. Matçdan sonra komanda yoldaşları tərəfindən Pentti'ye 'kompas' belə alınıb.
· İstifadə etdiyi 63 penaltidən 16'sını qola çevirə bilməyən Gerd Müller, 'Dünyanın ən çox penalti qaçıran' futbolçusu olub.