Türkiyənin "Fənərbaxça" komandasının yeni baş məşqçisi müəyyənləşib.
Corner.az Publika.az-a istinadən xəbər verir ki, “sarı kanaryalar”a bundan sonra hollandiyalı mütəxəssis Ervin Kuman başçılıq edəcək.
57 yaşlı baş məşqçi cari mövsümün sonuna kimi “Fənərbaxça”da qalacaq. Əgər bu mövsüm komandanın Çempionlar Liqasında iştirakını təmin etsə, daha bir il Türkiyə klubunda qalacaq.