- Xəbər news
- 01:00 22.01.2026
Hazırda azad agent statusu daşıyan Mançester Siti'nin sabiq futbolçusu Vilfrid Boni aşağı liqa klubu ilə məşqlərə çıxıb.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı hücumçu İngiltərənin 4-cü liqa təmsilçisi “Nyuport”la məşqlərə başlayıb. 2015-ci ildə 32,3 milyon avro qarşılığında “Mançester Siti”yə keçən təcrübəli futbolçu, karyerasını İngiltərədə davam etdirmək istəyir.
Qeyd edək ki, "Sparta Praq", "Vitesse", “Mançester Siti”, “Stok Siti”, “Suonsi” kimi komandalarında çıxış edən Boninin son komandası Qətərin “Əl Ərəbi” klubu olub.