1 fevral 2026. Bazar günü

Argentina millisinin əfsanə futbolçusu vəfat etdi


Argentina millisinin əfsanə futbolçusu vəfat etdi

Argentina millisinin sabiq futbolçusu Xose Luis Braun vəfat edib.

Corner.az xəbər verir ki, 62 yaşlı keçmiş müdafiəçi uzun müddət idi ki, altsheymer xəstəliyindən əziyyət çəkirdi. Braun bugün dünyasını dəyişib.

“Tata” ləqəbi ilə tanınan Braun, 1986-cı ildə keçirilən dünya çempionatının finalında – Argentinanın Qərbi Almaniyaya qalib gəldiyi oyunda (3:2) komandasının ilk qolunu vurmuşdu.

Mərhum futbolçu klub karyerasında “Estudiantes”, “Boka Xuniors”, “Mursiya”, “Brest” kimi komandalarda çıxış edib.Braun 2008-2011-ci illərdə Argentina milli komandasında köməkçi-məşqçi vəzifəsində çalışmışdı.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO