26 mart 2026. Cümə axşamı

Emil Balayev yenə ən yaxşı seçildi


Emil Balayev yenə ən yaxşı seçildi

 Millimizin qapıçısı Emil Balayev Qazaxıstanda növbəti dəfə fərqlənib.

Corner.az xəbər verir ki, azərbaycanlı qolkipee Qazaxıstan çempionatının 22-ci turu çərçivəsində keçirilmiş “İrtış”la matçda (2:0) “Tobol”un ən yaxşı oyunçusu seçilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Emil “İrtış”la görüşün start heyətində meydana çıxıb və sonadək meydanda olub. 

Emil Balayev ötən turda da “Tobol”un heyətində ən yaxşı oyunçu seçilmişdi.







Xəbər news