- Xəbər news
- 17:24 18.02.2025
İdmanın demək olar ki, hər sahəsində Azərbaycanın özünəməxsus uğurlu tarixi var. Və gələcəyi də olacaq.
90deqiqe.Az bu dəfə “Qərbi Azərbaycan İdmanı” bölməsində sizi boks idmanı ilə məşğul olan Həmzə İmanovla tanış edəcək.
Əslən Basarkeçər rayonu Aşağı Şorca kəndindən olan İmanov Həmzə Nemət oğlu 8 yanvar 2009-cu ildə Suraxanı rayonunda anadan olub. Hal hazırda Suraxanı rayonu 281 nömrəli orta məktəbin 10-cu sinifdə oxuyan Həmzə uşaq vaxtlarından boks idman növü ilə məşğul olur. Qatıldığı iki böyük yarışda yer tutub.
19 oktyabr 2024cü ildə “U6-13” 50 kq çəki dərəcəsində Təhsil Respublika idman mərkəzinin boks isdman növü üzrə 2007-2008, 2009-2010-cü il təvəllüdlü oğlanlar arasında keçirilən respublika birinciliyində 2-ci yer və 2025-ci ildə Boks üzrə Azərbaycan Respublikasının əməkdar məşqçisi və beynəlxalq dərəcəli hakim Nazim Mirhüseynovun şərəfinə açıq birincilikdə 50 kq çəki dərəcəsində 1-ci yeri tutub.