- Xəbər news
- 21:58 14.03.2026
Barselona'nın keçmiş futbolçusu Xristo Stoiçkov PSJ-nin futbolçusu Neymarın “Barselona”ya mümkün qayıdışına münasibət bildirib.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, sabiq futbolçu Neymarın “Barselona”ya lazım olmadığını deyib:“Barselona”nın Neymara ehtiyacı yoxdur. Kataloniya təmsilçisinin hücum xəttində Lionel Messi, Luis Suares, Antuan Qrizmann və Osman Dembele kimi güclü futbolçular var. Neymar “Barselona”ya qayıtsa, harda oynayacaq?”
Qeyd edək ki, Neymar, 2017-ci ildə 222 milyon avro qarşılığında “Barselona”dan PSJ-yə transfer olunmuşdu.