22 noyabr 2024. Cümə

Azərbaycanlı hakim UEFA Millətlər Liqasında oyunu idarə edəcək


Azərbaycanlı hakim UEFA Millətlər Liqasında oyunu idarə edəcək
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev ilk dəfə UEFA Millətlər Liqasının oyununa təyinat alıb.
Corner.az AFFA-nın saytına istinadən xəbər verir ki, 31 yaşlı baş hakim B Liqasının IV qrupunda keçiriləcək Danimarka – İrlandiya qarşılaşmasının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Rza Məmmədov yan xətt hakimləri kimi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.
Qeyd edək ki, noyabrın 19-da Orxus şəhərindəki "Ceres Park" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir