22 noyabr 2024. Cümə

"Barcelona"nın futbolçusu məhkəməyə verilib


"Barcelona"nın futbolçusu məhkəməyə verilib

İspaniyanın "Barcelona" klubunun futbolçusu Usman Dembele məhkəməyə verilib.

Corner.az  xəbər verir ki, səbəb 21 yaşlı hücumçunun Almaniyanın "Borussiya" (Dortmund) komandasında çıxış etdiyi vaxt icarədə qaldığı evin məvacibini ödəməməsi və yaşadığı yeri pis vəziyyətdə qoymasıdır. Dembele bununla yanaşı, evin açarlarını da itirib.

Mülkün sahibi Gerd Wiesenberg evə gəldikdən sonra orada xeyli zibil görüb və soyuducuda çürük yemək tapıb. Vayzenberq fransalı oyunçudan borcuna görə 15 min avro, dəymiş ziyan üçün isə 5 min avro təzminat tələb edir.

Qeyd edək ki, Usman Dembele 2017-ci ilin yay transfer pəncərəsində "Borussiya"dan "Barcelona"ya keçib. O, Kataloniya təmsilçisinin heyətində cari mövsümdə 11 oyuna 4 qol vurub. 







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir