6 dekabr 2025. Şənbə

Fəriddən yeni mövsümdə ilk qol


Fəriddən yeni mövsümdə ilk qol

Gənclərdən ibarət millimizin futbolçusu Fərid Nəbiyev Çexiyada növbəti qolunu vurub.

Corner.az xəbər verir ki, 20 yaşlı futbolçunun çıxış etdiyi “Slaviya B” komandası gənclər liqasının 2-ci turunda “Vltavin”la qarşılaşıb. Praqa təmsilçisinin 4:1 hesabı ilə qalib gəldiyi görüşdə Fərid əsas heyətdə yer alıb və 87-ci dəqiqədə əvəzlənib. Gənc futbolçu, 58-ci dəqiqədə komandasının sonuncu – dördüncü qolunu vurub. Bu, millimizin futbolçusunun yeni mövsümdə vurduğu ilk qol olub.

Bu qələbədən sonra xalını 6-ya çatdıran “Sparta B” turnir cədvəlində liderliyə yüksəlib.







Xəbər news