- Xəbər news
- 22:11 05.12.2025
İngiltərə millisinin sabiq futbolçusu Eşli Koul futbolçu karyerasını başa vurub.
Corner.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə 38 yaşlı futbolçunun özü məlumat verib. O, artıq baş məşqçi olmaq istədiyini açıqlayıb.
Qeyd edək ki, E.Koulun son klubu "Derbi Kounti" olub. O, karyerası ərzində "Arsenal", "Çelsi", "Roma" və "Los Anceles Qalaksi"də oynayıb.