6 dekabr 2025. Şənbə

Paşayevin komandası uddu


Paşayevin komandası uddu
Ukrayna Premyer Liqasında 4-cü turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu “Aleksandriya” da növbəti matçına çıxıb.
 Sözügedən komanda səfərdə “Zarya” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 2:1.
 
Paşayev də bu görüdə start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 70-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
 
Qeyd edək ki, “Aleksandriya” 4 turdan sonra 6 xalla 12 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.






Xəbər news