- Xəbər news
- 22:11 05.12.2025
İngiltərə Premyer Liqasının 2-ci turunda keçirilən “Çelsi” – “Lester” oyununda maraqlı hadisə yaşanıb.
Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, oyuna təyinat alan hakim Qraham Skott tıxacda qalaraq qarşılaşmaya çata bilməyib. Bu səbəbdən “Stemford Bric”də keçirilən görüş 4-cü hakim Oliver Lanqforda tapşırılıb.
Qraham Skott Londonda yolda zəncirvari qəza baş verdiyi üçün tıxaca düşüb. O, oyunun başlamasına 10 dəqiqə qalmış çatsa da, oyunu idarə etməsinə icazə verilməyib. Nəticədə ehtiyat hakim Oliver Lanqford hakimlik karyerasında ilk dəfə Premyer Liqa oyununda baş hakim olub.
Qeyd edək ki, “Çelsi” – “Lester” oyunu 1:1 hesabı ilə başa çatıb.