6 dekabr 2025. Şənbə

AFFA Konami ilə razılaşdı


AFFA Konami ilə razılaşdı

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Konami Digital Entertainment Co., Ltd.  şirkəti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. 

Corner.az xəbər verir ki, müqaviləyə uyğun olaraq, eFootball PES 2020 konsol oyununda Azərbaycan millisinin əqli mülkiyyətindən (komanda adı, loqo, oyun forması və s.) istifadə hüquqları verilib.

Azərbaycan millisi eFootball PES seriyasında olacaq və müqavilə 2019-2020-ci il futbol mövsümünü əhatə edəcək.

UEFA AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarının təbliğatı və kubok turu çərçivəsində eFootball üzrə müxtəlif turnirlərin keçirilməsi nəzərdə tutulub. Həmçinin üzvləri futbol azarkeşləri arasından seçiləcək Azərbaycan komandası UEFA eEURO 2020 çempionatında iştirak edəcək.







Xəbər news