1 fevral 2026. Bazar günü

Karyeramı bitirsəm təəccüblənməyin - Klopp


Karyeramı bitirsəm təəccüblənməyin - Klopp
Liverpul'un baş məşqçisi Yurgen Klopp gələcək karyerası ilə bağlı danışıb. 

Corner.az xəbər verir ki, 52 yaşlı mütəxəssis İtaliyanın “Gianluca di Marzio” qəzetinə verdiyi müsahibədə kayrerasını gözləniləndən tez başa vura biləcəyini bildirib: 

“Yaxın 2-3 ildə nələrin baş verəcəyini demək çətindir. Ola bilər ki, karyeramı bitirim. Bu o demək deyil ki, dediklərim mütləq olacaq, amma reallaşacağı təqdirdə heç kim təəccüblənməsin”.

Qeyd edək ki, Yurgen Klopp karyerası ərzində “Maynz” və “Borussiya Dortmund”u da çalışdırıb.  2015-ci ildən “Liverpul”da işləyən almaniyalı mütəxəssisin klubla 2022-ci ilə qədər müqaviləsi var.





Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO