17 avqust 2026. Bazar ertəsi

Mən VAR-ı sevmirəm - Salah


Mən VAR-ı sevmirəm - Salah

Liverpul'un futbolçusu Məhəmməd Salah VAR haqda fikirlərini bölüşüb.

Corner.az "CNN"ə istinadən xəbər verir ki, misirli hücumçu videotəkrar sistemini bəyənmədiyini bildirib: "VAR mənim xoşuma gəlmir. Mən futbolu hakim səhvləri və futbolçuların aqressivliyi ilə sevirəm.

VAR futbolçuları təhlükəli oyundan qorumaq üçün yaxşıdır. Bu, mənim fikrimcə, VAR-dan istifadə üçün yeganə səbəbdir. Şəxsən mən futbolu hakimlər və futbolçuların səhvləri ilə də qəbul edirəm. Bu, futbolun daha maraqlı olmağına imkan verir".







Xəbər news