14 may 2026. Cümə axşamı

Azərbaycanlı futbolçuların komandaları yarımfinala çıxa bilmədi


Azərbaycanlı futbolçuların komandaları yarımfinala çıxa bilmədi
Latviya Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.

Corner.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Vüqar Əsgərovun çıxış etdiyi “Liepaya” bu mərhələdə RFS ilə qarşılaşıb.

Futbolçumuzun komandası doğma meydanda keçirdiyi bu oyundan 1:2 hesabıyla uduzaraq mübarizəni dayandırıb. Vüqar bu görüşdə iştirak etməyib. O, sonadək ehtiyatda qalıb.
 
Latviyada legioner həyatı yaşayan digər azərbaycanlı futbolçu – Əli Şirinovun komandası “Dauqavpils” isə öz doğma meydanda “Yelqava” ilə üz-üzə gəlib. Bu oyun da azərbaycanlı futbolçunun komandasının 1:2 hesablı məğlubiyyətiylə bitib. Əlinin adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib. 






Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı