1 fevral 2026. Bazar günü

Onların qınaq obyekti mən idim - Lukaku


Onların qınaq obyekti mən idim - Lukaku

İnter'in yeni transferi Romelu Lukaku "Mançester Yunayted"dən ayrılmasının səbəbini açıqlayıb.

Corner.az-ın məlumatına görə, belçikalı futbolçu bunun günahını klub rəhbərliyində gördüyünü bildirib

26 yaşlı futbolçu "qırmızı şeytanlar"ın onu müdafiə etmədiyini söyləyib: “Klub qınaq obyekti tapmalı idi. Bu, həmişə Poqba, mən və ya Sançes olurdu. Həmişə üçümüzdən biri ön plana çıxarıldı. Çoxları yeni oyun sisteminə uyğun olmadığımı düşünür. Bu, sadəcə məni güldürdü. Belə çıxır ki, bu komandada hər şeyi korlayıram. Bəs milli komanda haqda nə demək olar? Orda barəmdə fərqli şeylər söyləsələr də, heç kim mənə şikayət etmir. "Mançester Yunayted"də şayiələr çox idi. Heç kim də bunun qarşısını almırdı. Kiminsə bütün bunları təkzib edəcəyini gözlədim, amma heç nə olmadı. Sonra özüm klubla söhbət etdim və ayrılmaq istədiyimi bildirdim. Birini qorumaq istəmirsinizsə, şayiələr artıq sabit bir axına çevrilir".

Qeyd edək ki, Lukaku "İnter"lə 5 illik müqavilə bağlayıb.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO