26 mart 2026. Cümə axşamı

Braziliyalı futbolçu Çin futbolunun tarixinə keçdi


Braziliyalı futbolçu Çin futbolunun tarixinə keçdi
Braziliyalı futbolçu Elkeson Çin vətəndaşlığını qəbul edərək bu ölkənin milli komandasında çıxış etməyə qərar verib.

Corner.az xəbər verir ki, Çin millisi sentyabrın 10-da DÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Maldiv adaları yığması ilə qarşılaşacaq. 
 
İtaliyalı baş məşqçi Marçello Lippi Çin yığmasına dəvət etdiyi futbolçular arasında bu ölkənin vətəndaşlığını qəbul edərək “Aikesen” adını alan Elkeson da var.
 
30 yaşlı hücumçu Çin yığmasının iştirak edəcək ilk braziliyalı futbolçu kimi tarixə düşüb. Çin yığmasında daha öncə ingilis futbolçu Niko Yennaris bu ölkənin vətəndaşlığını qəbul etmiş və “Li Ke” adını alaraq sözüegedən yığmanın uğurları üçün çalışmışdı.






Xəbər news