- Xəbər news
- 21:58 14.03.2026
Mançester Siti'dən ayrıldıqdan sonra "Anderlext"in oynayan məşqçisi təyin edilən Vensan Kompani məşqçi vəzifəsindən azad edilib.
Corner.az klubun saytına istinadən xəbər verir ki, Belçika klubu ilk 4 matçda cəmi 2 xal qazandığı üçün bu qərar verilib. Beləliklə, 33 yaşlı müdafiəçi Anderlext'də təkcə oyunçu kimi karyerasını davam edəcək.
Qeyd edək ki, Kompani bu yay "Mançester Siti"dən ayrılıb.