14 iyun 2025. Şənbə

“Komandamız Qərbi Azərbaycan Kubokuna ciddi hazırlaşır”


“Komandamız Qərbi Azərbaycan Kubokuna ciddi hazırlaşır”

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçiriləcək Qərbi Azərbaycan Kuboku – II mini futbol turnirinə hazırlıqlar çərçivəsində Barana rayon icmasında komandanın formalaşdırılması və oyunöncəsi hazırlıq işləri aparılır.

90deqiqe.Az saytına açıqlama verən Barana rayon icma sədri Osman Hacıyev hazırlıq prosesi ilə bağlı məlumat verib:

“Qərbi Azərbaycan Kuboku öncəsi Barana rayon komandasında ciddi seçim prosesi həyata keçirilmişdir. Komandaya cəlb olunacaq oyunçuların müəyyənləşdirilməsi məqsədilə bir neçə daxili sınaq oyunu təşkil etdik. Bu mərhələnin nəticəsi olaraq 20 nəfərlik komanda heyətimiz formalaşdırıldı və siyahı Qərbi Azərbaycan İcmasına təqdim olunub.Hazırda əsas diqqətimizi yoldaşlıq oyunlarına yönəltmişik. Məqsədimiz həm taktiki hazırlığı gücləndirmək, həm də komanda ruhunu möhkəmləndirməkdir. İlk yoldaşlıq görüşümüz 17 may – şənbə günü Allahverdi rayonunun komandası ilə keçiriləcək. Bu oyun, eyni zamanda, komandamızın turnir öncəsi real oyun təcrübəsi qazanması baxımından da əhəmiyyətlidir.”







Qərbi Azərbaycan Kuboku