26 mart 2026. Cümə axşamı

Torres son matçına çıxır


Torres son matçına çıxır

İspaniya yığmasının sabiq hücumçusu Fernando Torres futbolçu karyerasını rəsmən başa vurur.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, 35 yaşlı futbolçu bu gün vida matçına çıxacaq.

Belə ki, "Saqan Tosu"nda çıxış edən forvard "Vissel Kobe" ilə qarşılaşmada son dəfə meydanda olacaq. Rəqibin heyətində isə digər ispaniyalılar - Andres İnyesta və David Vilya çıxış edir.

Qeyd edək ki, Avropa və dünya çempionu olan Fernando Torres karyerası ərzində 706 oyunda iştirak edib, 252 qol, 73 assistlə yadda qalıb







Xəbər news