- 15:11 05.06.2025
Qərbi Azərbaycan Kuboku II Mini Futbol Turnirinə hazırlıq çərçivəsində Loru komandası 13 may 2025-ci il tarixində növbəti məşq oyununu keçirib. Məşq əsasən komandaya yeni qoşulmuş oyunçuların oyun bacarıqlarını izləmək və onların mövcud heyətə uyğunlaşdırılması məqsədi daşıyıb.
Görüşdən sonra 90deqiqe.Az saytına açıqlama verən "Loru" FK-nın qurucusu Vüqar Hacıyev komandanın hazırlıq prosesini belə dəyərləndirib:
“Bu mərhələdə yeni oyunçuların komandaya uyğunlaşması bizim üçün ön plandadır. Bugünkü oyunda nümayiş etdirilən əzmkarlıq və komanda ruhu göstərdi ki, komandamız turnirə ruh yüksəkliyi ilə tam hazırdır.”
Qeyd edək ki, bu, Loru komandasının ikinci yoldaşlıq oyunudur. Komanda bundan əvvəl Allahverdi rayonu ilə qarşılaşmışdı.