İran çempionatında 1-ci turun oyunları keçirilib.
Corner.az xəbər verir ki, Cənubi Azərbaycanın liqadakı digər təmsilçisi “Maşinsazi” də yeni mövsümdə ilk oyununa çıxıb.
Təbriz təmsilçisi öz doğma meydanında “İstiqlal”la üz-üzə gəlib. Cənubi Azərbaycan klubu bu görüşdən minimal hesablı qələbə ilə ayrılıb – 1:0.
Xatırladaq ki, Təbrizin digər təmsilçisi “Traktor” da ötən gün ilk matçını keçirib və səfərdə “Naft Ahvaz”la heç-heçə edib - 0:0.